6ea1dd2d-a6ef-4f7f-8d6d-b22c83fe461d..jpg

Keçmiş Braziliya prezidenti müxalifətlə bağlı planından imtina etdi

Baxış sayı: 869 dəfə baxılıb.

Keçmiş Braziliya prezidenti müxalifətlə bağlı planından imtina etdi

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru vətənə qayıtdıqdan sonra ölkə
müxalifətinə rəhbərlik etmək istəmədiyini açıqlayıb.

O, bu barədə “CNN Brasil” telekanalına müsahibəsində bildirib.

“Mən hər hansı müxalifətə rəhbərlik etməyəcəyəm. Mən deputatlar palatasında 28
illik təcrübəyə malik bir insan kimi partiyamla çalışacağam. İstəyənlərlə
əməkdaşlıq etmək, zəruri olan şeyləri dəstəkləmək və dəyişdirilməsi lazım olanı
dəyişdirmək üçün çalışacağam”, – deyə siyasətçi planlarını bölüşüb.

Bolsonaru həmçinin xatırladıb ki, bundan əlavə o, dörd il prezident, iki il
müşavir vəzifəsində çalışıb və daha on beş il orduda xidmət edib.

Qeyd edək ki, fevralın əvvəlində Bolsonaru ABŞ-dan gəldikdən sonra müxalifətə
rəhbərlik etmək planlarını açıqlamışdı. O həmçinin bildirmişdi ki, Braziliyaya
qayıtmasının hüquqi risklərindən xəbərdardır.

Source link