be9b5bb9-ae94-4e9f-b32c-9bd31792e5c6..jpg

Keçmiş gəlini Canana Mətanət İsgəndərlini məhkəməyə verir

Baxış sayı: 549 dəfə baxılıb.

Keçmiş gəlini Canana Mətanət İsgəndərlini məhkəməyə verir

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana onu məhkəməyə
verəcəyini bildirib.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə Canana sosial şəbəkə hesabında paylaşım
edib.

“Hər gün mənimlə danışan, uşaqlarla bağlı mövzuları bölüşən, evdə görüşən,
görüntülü danışan Mətanət İsgəndərli! Efirə çıxıb yalandan təzə gəlinin
ailəsinin qorxusundan dediklərinə görə Allah qarşısında cavab verəcəksən”, –
deyə Canana qeyd edib.

O, keçmiş qayınanasını məhkəməyə verəcəyini açıqlayıb:

“Mənə deyirdin ki, sakit ol, təzə gəlin bilməsin, uşaqları götürmə, yoxsa
gəlib hər şeyə yiyələnər. İnsanda bir üz olar. Uşaqlarımı anasız qoyan qadın!
Səninlə rol oynamaqdan, sənin oyunlarına aldanmaqdan bezdim. Sən çox təhlükəli
insansan. Mənim analığımı hər dəfə milyonlarla insanların qarşısında təhqir
etdiyinə görə səni və o verilişin aparıcısını da qarşı tərəf olmadan məni
müzakirə etdiyiniz üçün məhkəməyə verirəm.

Bu gün keçirdiyim stresə, övladlarımın yanında əzildiyimə, axıtdığım göz
yaşlarıma görə cavab verəcəksiniz. Uşaqların yaşamasını düşünənsənsə, onları
evlə təmin etməlisən. Məni bütün mülklərdən imtina etməyə məcbur qoydun, iş
yerlərimdən etdin. Saflığımdan istifadə edib oynayırsan mənimlə. Nə vaxta kimi?
Allah var axı”.

Qeyd edək ki, Mətanət İsgəndərli bu gün qonaq olduğu “Yaxşıya doğru”
ictimai-sosial verilişində Canananı üç övladını atmaqda qınayaraq, onu bu
hərəkətinə görə heç zaman bağışlamayacağını vurğulayıb.

Source link