02d1794c-042f-4679-b89d-a984cec242b5..jpg

Keçmiş gömrük əməkdaşına hökm oxundu

Baxış sayı: 1. 317 dəfə baxılıb.

Keçmiş gömrük əməkdaşına hökm oxundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qanunsuz avtomobil idxalı müqabilində külli miqdarda rüşvət almaqda ittiham
olunan Aslan Bayramovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Report” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad
Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən təqsirləndirilən şəxs Aslan Bayramov səkkiz il altı ay müddətinə
azadlıqdan məhrum edilib.

İttihama görə, Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası
İdarəsinin eksperti vəzifəsində işləyən Aslan Bayramovun qeyd edilən vəzifədə
işləyərkən ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 13 min 500 manat
məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə
edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan minik
avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin
məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli qərarının tələblərini
pozmaqla vəzifə saxtakarlığı törətməsinə, yəni 2023-cü ilin may-avqust
aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq
olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdıraraq qanunsuz
rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Aslan Bayramov Cinayət Məcəlləsinin 308.2
(ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2
(təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə
saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Source link