Ağstafada bıçaqlanma hadisəsi baş verib.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Dağ Kəsəmən kəndində keçirilən toy mərasimində qeydə alınıb.
Məlumata görə, 1979-cu il təvəllüdlü Orxan Salahov adlı kənd sakini hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.
O, Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır.
Toy sahibinin keçmiş icra nümayəndəsi – Şirzad adlı şəxs olduğu deyilir.