bb93b956-75da-47cf-9c0c-b833ee44d793..jpg

Keçmiş məcburi köçkün: “Azad olunan torpaqlarımıza Ali Baş Komandanın sayəsində yeni həyat gəlib”

Baxış sayı: 455 dəfə baxılıb.

Keçmiş məcburi köçkün: “Azad olunan torpaqlarımıza Ali Baş Komandanın
sayəsində yeni həyat gəlib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Prezidentimiz Zabuxda bizim üçün hər bir şərait yaradıb, evlərimizi tikib,
ata-baba yurdumuzu bizə qaytarıb”.

Bu sözləri Cixisyolu.com-a açıqlamasında bu gün Zabux kəndinə köç edən keçmiş məcburi
köçkünKamilə Rəsulova düyib.

O bildirib ki, Ali Baş Komandanın sayəsində bu gün bütün dünya Azərbaycandan
danışır:

“Biz bu günləri yaşadığımız üçün Ali Baş Komandana borcluyuq. Onun qətiyyəti
sayəsində torpaqlarımız işğaldan azad edildi. Azad olunan torpaqlarımıza isə
onun sayəsində yeni həyat gəlib. Hər yer sürətli şəkildə abadlaşdırılır,
yenidən qurulur. Sakinlər üçün hər cür şərait yaradılır. Artıq bütün dünya
bizim qələbəmizdən, Qarabağda görülən işlərdən danışır. Qəhrəman igidlərimiz öz
canları, qanları bahasına torpaqlarımızı işğaldan azad ediblər. Biz də ərazi
bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhidlər vermişik. Allah onlara rəhmət
eləsin, ailələrinə səbir versin, qazilərimizə cansağlığı versin! Sizə də
təşəkkürümü bildirirəm ki, bu gün bizim sevincimizə şərik olursunuz, bizim öz
yurdumuza köçməyimizi işıqlandırırsınız, dünyaya çatdırırsınız”.

Xatırladaq ki, bu gün növbəti köç karvanı Laçın rayonunun Zabux kəndinə yola
salınır. Bu günədək isə 96 ailənin, 382 nəfərin Zabux kəndinə köçü təmin edilib.

Aytac Qasımova

Source link