Keçmiş məcburi köçkün: “Bizi nəinki Laçınımıza, keçmişimizə qovuşdurdular”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bu günü bizə yaşadan hər kəsə borcluyuq, onlar bizi nəinki Laçınımıza,
keçmişimizə qovuşdurdular”.
Bunu Cixisyolu.com saytına açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş
məcburi köçkünŞəlalə Abbasova deyib.
O qeyd edib ki, bu gün onun və ailəsinin sevincinin həddi-hüdudu yoxdur:
“Bu gün mən də, ailəm də çox sevincliyik. 20-30 yaşlarımızda tərk etdiyimiz
yurdumuza övladlarımızla, nəvələrimizlə qayıdırıq. Bu günlər mənə hələ də yuxu
kimi gəlir, gözlərimə, yaşadıqlarıma inana bilmirəm. Prezidentimizə öz
təşəkkürümüzü bildiririk. Onun möhkəm iradəsi, igid oğullarımızın qəhrəmanlığı
sayəsində bu günləri görmək bizə nəsib oldu. Allah şəhidlərimizə rəhmət eləsin,
qazilərimizə də cansağlığı versin. Siz jurnalistlərə də öz təşəkkürümüzü
bildiririk ki, bu xoş günümüzə şərik olursunuz”.
Xatırladaq ki, bu gün yola salınan keçmiş məcburi köçkünlər də daxil olmaqla
Laçın şəhərinə 272 ailə (1052 nəfər), Zabux kəndinə isə 21 ailə (94 nəfər)
köçürülüb.
Aytac Qasımova