910574b9-20ad-4664-b67f-d37dacd295d3..jpg

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”

Baxış sayı: 588 dəfə baxılıb.

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu
dünyada görməkdir”.

Bunu Cixisyolu.com-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi
köçkünAğa Şəmil oğlu Abdullayev deyib.

O bildirib ki, bu gün həyatının ən gözəl gününü yaşayır:

“Oğlumla, nəvələrimlə, gəlinimlə öz doğma yurduma qayıdıram. Bu yaşımda
hisslərimi sözlə ifadə etməyə də çətinlik çəkirəm. Füzuli bizim anamızdır,
yuxularımızdır, arzularımızdır. Biz Füzuliyə yox, anamıza, xəyallarımıza
qovuşuruq bu gün. Oranın təmiz havasını alım, daha bu həyatdan başqa bir şey
istəmirəm.

Çətin məcburi köçkün həyatı yaşamışıq. Bakıda yataqxanada 31 ilimiz keçib.
Şükür ki, qısa müddətdə Füzuli yenidən quruldu, abadlaşdırıldı. Erməni
vandallarının izləri təmizlənir yavaş-yavaş torpaqlarımızdan.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza
minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Qeyd edək ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Bu
mərhələdə daha 39 ailə (140 nəfər) öz doğma yurduna köçürülür.

Xatırladaq ki, indiyədək Füzuli şəhərində 783 ailənin, yəni 2 979 nəfərin
daimi məskunlaşması təmin edilib.

Aytac Qasımova

Source link