6d7c35ee-9455-4238-9771-9dbea604c196..jpg

Keçmiş məcburi köçkün: “Füzulidə ən birinci doğmalarımızın məzarını ziyarət edəcəyəm”

Baxış sayı: 574 dəfə baxılıb.

Keçmiş məcburi köçkün: “Füzulidə ən birinci doğmalarımızın məzarını ziyarət
edəcəyəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Allah bu günləri bizə çox görməsin, hamımıza bir yuxu kimi gəlir bu günləri
yaşamaq”.

Bunu Cixisyolu.com-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi
köçkünHəqiqət Məmmədova deyib.

O bildirib ki, Bakıda məcburən başqasının mənzilində yaşayıblar:

“Bakıda, Nizami rayonunda zəbt olunmuş mənzildə otuz illik köçkün həyatı
yaşamışıq. Bu gün nəhayət öz evimizə, öz mənzilimizə, yurdumuza köçürük. Çox
sevinirik. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər
Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə
cansağlığı versin!

Anamın da ən böyük arzusu doğma yurda qayıtmaq idi. Əfsuslar olsun ki, o bu
günləri görmədi, vaxtsız vəfat etdi. Füzuli şəhərinə qayıdan kimi gedib ən
birinci doğmalarımızın məzarını ziyarət edəcəyəm”.

Xatırladaq ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Daha
30 ailə, 127 nəfər öz doğma yurduna köçürülüb. Bununla da ümumilikdə 410
ailənin (1 519 nəfər) Füzuli şəhərində məskunlaşması təmin edilib.

Aytac Qasımova

Source link