ef52c794-22a0-4606-a3e2-e56ea0c92883..jpg

Keçmiş məcburi köçkün: “Laçına gedən kimi ilk işim ata-anamın məzarlarını ziyarət etmək olacaq”

Baxış sayı: 628 dəfə baxılıb.

Keçmiş məcburi köçkün: “Laçına gedən kimi ilk işim ata-anamın məzarlarını
ziyarət etmək olacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Laçına gedən kimi birinci işim atamla anamın məzarlarını ziyarət etmək
olacaq”.

Bunu Cixisyolu.com-a açıqlamasında Laçın rayonunun Zabux kənd sakini İlham Şirinov
deyib.

O qeyd edib ki, bu günü illərlə gözləyib:

“Doğma yurdumuz, ailə üzvlərimizin məzarları illərdir ki, işğal altında idi.
Ali Baş Komandanımızın və müzəffər Ordumuzun sayəsində biz bu gün doğma
yurdumuza qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı
versin”.

Qeyd edək ki, bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər
üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından daha 25 ailə
(103 nəfər) Zabux kəndinə yola salınıb.

Xatırladaq ki, bu günə qədər Zabux kəndinə 46 ailə (188 nəfər) köçürülüb.

Aytac Qasımova

Source link