Keçmiş məcburi köçkünlərə müavinətin verilməsi nə vaxt dayandırılacaq?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Keçmiş məcburi köçkünlərə müavinətin hansı hallarda dayandırılması açıqlanıb.
Bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
hazırladığı “Böyük Qayıdış” dövründə vahid aylıq müavinətin verilməsinə dair
videoçarxda əksini tapıb.
Bildirilib ki, sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış
yerinə qayıtmasından 3 il müddətinə qüvvədədir:
“Sosial müdafiə tədbirlərindən biri kimi məcburi köçkünlərə vahid aylıq
müavinət də ödənilir. Əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin
yarandığı vaxtdan 3 il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və
ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin verilməsi dayandırılacaq”.
Qeyd edək ki, müavinətin ödənişi Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar
tarixli 11 nömrəli qərarı ilə tənzimlənir.