953b07de-93d9-4e6e-91b4-410b601459db..jpg

Keçmiş məhbus arvadını öldürdü, qonşuya getdi: “Sizi tövlədə…” – Yevlaxda şok olay

Baxış sayı: 772 dəfə baxılıb.

Keçmiş məhbus arvadını öldürdü, qonşuya getdi: “Sizi tövlədə…” – Yevlaxda
şok olay

Yevlax rayonunda 1974-cü il təvəllüdlü Məmməd qısqanclıq zəminində yaranan
münaqişə zamanı həyat yoldaşı Leylanı öldürüb, qonşusu İlqara (adlar şərti
verilib – red.) isə xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Məmməd 9 fevral 2022-ci ildə səhər
saat 05:30-da yaşadığı Yevlax rayonunun kəndində fərdi yaşayış evinin yataq
otağında arvadı Leylaya heyvanları bu gün sahəyə özünün aparacağını deyib.

Leylanın – “məni indi kimə qısqanırsan?”, – sualına cavabda, onu bir dəfə
İlqarla gördüyünü deyib.

Leylanın yaxşı elədiyini, onun sözü ilə evdə oturmayacağını, ev dustağı
olmayacağını deməsinə əsəbiləşib. Əvvəllər arvadı ilə birlikdə yaşadığı evin
tövləsindən çıxdığını gördüyü həmkəndlisi İlqarı öldürmək qərarına gəlib. Evdə
saxladığı tüfəngdən açdığı atəşlə Leylanı öldürüb.

Leylanın öldüyünə əmin olduqdan sonra saat 05:50-də yaşadığı evdən 150 metr
aralıda qonşuluqda yaşayan İlqarın evinin həyətinə gedib. Yerdən götürdüyü
daşla eyvanın döşəməsini döyüb və İlqarı səsləyib. İlqar qapını açıb eyvana
çıxanda ona tərəf atəş açıb.

İlqara Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildiyindən
onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə
cəhd) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan
olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, hadisədən bir müddət əvvəl bir dəfə evə gələrkən İlqarı onların
həyətindən çıxan görüb və arvadının ona xəyanət etməsindən şübhələnib:

“Çünki əvvəllər İlqar heç vaxt bizə gəlməmişdi. Arvadım Leyla ilə aramızda
mübahisə yarandı və ona xəsarət yetirdiyim üçün Yevlax Rayon Məhkəməsinin hökmü
ilə 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olundum. Sonra
amnistiyaya düşdüm və həbsdən azad edildim. Amma mərhum arvadımın hərəkətini
bağışlaya bilmədim. Həbsdən qayıtdıqdan sonra qərara gəldim ki, onu öldürüm”.

Təqsirləndirilən şəxsin məhkəmə ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi
ifadə arasında ziddiyyət yaranıb. Bu səbəbdən məhkəmə onun ibtidai istintaqa
verdiyi ifadəsini tədqiq edib.

Məmməd ibtidai istintaqa deyib ki, hadisə günü səhər saat 05:30-da yuxudan
oyanıb, çaynikə su doldurub və qaynaması üçün qaz sobasının üzərinə qoyub:

“Həmin vaxt arvadım da yuxudan oyandı. Ona torpaq sahəsinə getdiyimi,
qayıdandan sonra tövlədə olan iribuynuzlu heyvanları örüşə özümün aparacağımı
dedim.

Leyla çarpayıda uzanıqlı vəziyyətdə mənə – “indi kimə qısqanırsan?”, – dedi.
Mən də Leylaya – “mən səni bir dəfə İlqarla görmüşəm”, – dedim. Leyla da mənə
evdə oturmayacağını söylədi”.

Məmməd qeyd edib ki, Leyla onunla mübahisə edən zaman çarpayıda uzanıqlı
vəziyyətdə olub:

“Arvadımla mübahisədən sonra yataq otağında divanın altında olan qoşalülə
“16-lıq” tüfəngi götürdüm. Leylaya tərəf yaxınlaşdım. Aramızda məsafə təxminən
bir metr olardı.

Tüfəngi Leylaya tərəf tutdum. Silahı görən Leyla qışqırmağa başladı. Onun baş
nahiyəsi istiqamətində atəş açdım. Lakin qırmanın Leylanın hansı nahiyəsinə
dəydiyini görmədim.

Qoşalülə tüfəngi 28 fevral 1993-cü ildə Ağdam rayonundan tapmışam. O vaxtdan
da yataq otağımdakı divanın altında saxlamışam”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir dəfə atəş açıb və qadının boğaz
nahiyəsindən qan gəldiyini görüb:

“Cibimdən siqaret çıxararaq çəkdim. Siqareti çəkdikdən sonra 1 stəkan çay
içdim. Saat 6 radələrində 100-130 metr aralıda yaşayan həmkəndlim İlqarı
öldürmək məqsədi ilə tüfəngi də götürdüm və yaşadığı evə tərəf getdim. Bunun
üçün psixi xəstə olan həmkəndlim Əlinin yaşadığı evin həyətindən İlqarın
həyətinə keçdim.

Yerdən daş götürdüm, evin eyvanındakı taxta döşəməyə vurdum. İlqar çölə
çıxmadığı üçün bundan sonra bir neçə dəfə daşla döşəməni döydüm. Nəhayət, İlqar
evdən eyvana çıxdı”.

Məmməd qeyd edib ki, aralarında məsafə təxminən 7-8 metr olub:

“İlqarı görən kimi qoşalülə tüfənglə bir dəfə ona atəş açdım. O, qışqırdı, mən
də həyətdən çıxdım. İlqara hansı nahiyəsindən xəsarət yetirdiyimi bilmədim”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü
ilə Məmməd 18 il müddətinə azadlıqdan məhrum edilib.

Source link