e26d9f1d-0744-4595-8909-5abe571a0170..jpg

Keçmiş məhkum külli miqdarda heroinlə TUTULDU – FOTO/VİDEO

Baxış sayı: 490 dəfə baxılıb.

Keçmiş məhkum külli miqdarda heroinlə TUTULDU – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağcabədi sakinindən 4 kiloqramdan artıq heroin aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan
bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Sədi Cəfərov saxlanılıb.
Həmin şəxsin üzərindən və rayonun Hindarx qəsəbəsindəki evindən dörd
kiloqramdan artıq heroin aşkarlanıb. Dindirilmə zamanı S.Cəfərov narkotik
vasitəni satış məqsədi ilə Ağcabədi rayonuna gətirdiyini bildirib.

Bundan başqa, rayon ərazisində son bir ay ərzində keçirilən tədbirlər zamanı
narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 19 nəfər
saxlanılıb. Nəticədə beş kiloqramdan artıq müxtəlif növ narkotik vasitə
qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.


Source link