4de8a72d-fc53-44c0-bee5-2ed1c23b64fb..jpg

Keçmiş məhkum odlu silahı narkotiklə barter etmək istədi – FOTO

Baxış sayı: 767 dəfə baxılıb.

Keçmiş məhkum odlu silahı narkotiklə barter etmək istədi – FOTO

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə odlu silah əldə edib
saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin
müxtəlif maddələri ilə həbs olunmuş Elnur Tağıyev saxlanılaraq polis şöbəsinə
gətirilib.

Bununla bağlı Cixisyolu.com-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan
məlumat verilib.

Şöbədə saxlanılan şəxsin üzərinə qanunla müəyyən edilmiş qaydada baxış
keçirilən zaman 1 ədəd atəşəyararlı 7,62 mm-lik revolver tipli tapança aşkar
edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs odlu silahı tanımadığı şəxsə narkotik vasitə
qarşılığında satmaq üçün Göygöl rayonuna gətirdiyini bildirib.

Bundan başqa şöbənin Post Patrul Xidməti bölüyünün əməkdaşlarının keçirdikləri
müvafiq tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib
saxlamaqda şübhəli bilinən rayon sakini Tural Quluyev saxlanılıb və ondan
narkotik maddə olan tiryək aşkarlanıb.

Şöbənin Cinayət Axtarışı Bölməsinin əməkdaşları isə Bərdə rayon sakini Elçin
Sadıqovu saxlayan zaman ondan narkotik maddə olan heroin və metamfetamin
aşkarlanıb.

Source link