072ad7e5-1aa7-4e1e-aeed-24c361c206c5..jpg

Keçmiş məhkum oğurluğa görə tutuldu

Baxış sayı: 779 dəfə baxılıb.

Keçmiş məhkum oğurluğa görə tutuldu

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr və cari ilin yanvar
ayları ərzində rayonun bir neçə kəndi ərazisində yerləşən subartezian
quyularına məxsus cərəyan kabellərini oğurlamaqda şübhəli bilinən şəxs
saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Cixisyolu.com-a verilən məlumata
görə, araşdırmalarla onun Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz
Bayramov olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq əməllərini etiraf edib.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib,
araşdırmalar davam etdirilir.

Source link