Mingəçevirdə intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin A. Məmmədov küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini, 34 yaşlı Vüsal İlqar oğlu Mirzəyev yaşadığı evin qonaq
otağında özünü asıb.
Onun əvvəllər narkotik və oğurluq cinayətlərinə görə məhkum olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.