Keçmiş məhkum polisi ayağa qaldırdı

Keçmiş məhkum polisi ayağa qaldırdı

Baxış sayı: 4. 126 dəfə baxılıb.

Keçmiş məhkum polisi ayağa qaldırdı

Dekabrın 12-də saat 18:00 radələrində “102 – Zəng Mərkəzi”nə mobil telefonla zəng vuran şəxs üç ədəd bomba qoyulması barədə məlumat verib.

DİN-dən ÇıxışYolu.Com-a verilən xəbərə görə,  məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb, lakin fakt təsdiqini tapmayıb. 

Polisə yalan məlumat verən şəxs – Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Həsənov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. 

Araşdırmalarla onun ağır dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib. 

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!