Keçmiş məhkumlar oğurluğa görə saxlanıldılar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının Suraxanı rayonunda evlərdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən (DİN) verilən xəbərə görə, müxtəlif evlərdən 1 500
manat pul, 4 000 manat dəyərində qızıl-zinət əşyaları, 400 manat dəyərində
gümüş və geyim, sənədlər, bank kartları, parfümeriya əşyalarının oğurlanması
barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlində şübhəli
bilinənlər – Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Əhmədov və
R.Həsənov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.