Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Mikayıl Dəmirovun CM-nin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıqla əlaqədar törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il sentyabrın 6-da Balaxanı qəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Etibar Məhərrəmov (1991-ci il təv.) qırma yarası ilə 3 saylı şəhər klinik xəstəxanasına gətirilib və onun üzərində cərrahi əməlliyat aparılıb.
Həmin günün səhəri qəsəbədə yaşayan Mikayıl Dəmirli Sabunçu RPİ 12-ci polis bölməsinə gələrək, hadisənin münaqişə zəminində onun tərəfindən törədildiyini bildirib və istifadə etdiyi, lüləsi kəsilmiş “TOZ-12” markalı tüfəngi növbətçi hissəyə təhvil verib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.