05a4e1f9-4cb9-491d-ab53-b1683325654b..jpg

Keçmiş müavinin qızını və qayınanasını öldürən xalaoğlulardan xəbər var

Baxış sayı: 802 dəfə baxılıb.

Keçmiş müavinin qızını və qayınanasını öldürən xalaoğlulardan xəbər var

Bakıda 18 il əvvəl qətl törətməkdə təqsirləndirilən Fərid Məmmədli və Anar
Ağalarov barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinə müraciət
edən məhkumlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Şikayət hakim Qədim Babayevin sədrliyi ilə araşdırılır.

Məhkəmənin növbəti iclası martın 2-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Məmmədli 15 il və Anar
Ağalarov isə 16 il azadlıqdan məhrum ediliblər. Onlar xalaoğludurlar.

Qeyd edək ki, 18 il əvvəl paytaxtın Yasamal rayon sakinləri – 1947-ci il
təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi, 1989-cu il təvəllüdlü Aygün Əzizovanın
birgə yaşadıqları mənzildə qəsdən öldürülmələri ilə faktı bağlı cinayət işinin
ibtidai istintaqı qurumun İstintaq idarəsində tamamlanıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş
istintaq-əməliyyat tədbirləri ilə Anar Ağalarovun mərhum xalası oğlu Teymur
Məmmədov və sonuncunun qardaşı Fərid Məmmədli ilə qabaqcadan əlbir olan bir
qrup şəxs halında Rəhilə Cəlilovanın xeyli miqdarda əmlakını ələ keçirmək
məqsədilə ona məxsus mənzilə qanunsuz olaraq girib bıçaqla çoxsaylı xəsarətlər
yetirərək Rəhilə Cəlilova və Aygün Əzizovanı qəsdən öldürmələrinə, daha sonra
isə mənzildə olan 600 ABŞ dolları məbləğində pulu götürüb ələ keçirmələrinə
əsaslı şübhələr müəyyən edilib.

Toplanan sübutlar əsasında Fərid Məmmədli və Anar Ağalarova Cinayət
Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4
(xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa
cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədilə adam
öldürmə) və digər maddələri ilə ittiham elan edilib.

Xatırladaq ki, qətlə yetirilən 15 yaşlı qız Aygün Əzizova 16 il Cəlilabadın
icra başçısının müavini vəzifəsində çalışmış Asif Əzizovun qızı, Rəhilə
Cəlilova isə onun qayınanasıdır.

Source link