17621f3d-c878-46a9-8411-c2491dd2a15b..jpg

Keçmiş qayınanasını döyüb, burnunu sındırıb – CƏZASI AĞIR OLDU

Baxış sayı: 408 dəfə baxılıb.

Keçmiş qayınanasını döyüb, burnunu sındırıb – CƏZASI AĞIR OLDU
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır
zərər vurmada təqsirləndirilən Zaman Əliyevin (şərti) barəsindəki hökmdən
dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya
şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən
prosesdə qərar elan olunub.

Qərara əsasən, həm protest, həm də şikayət təmin edilib, Tovuz Rayon
Məhkəməsinin çıxardığı 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması
(elektron qolbaq) hökmü dəyişdirilib və ona 2 il müddətinə azadlıqdan
məhrumetmə cəzası təyin olunub. Zaman Əliyevin barəsində seçilmiş polisin
nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib və onun barəsində daha əvvəl
Tovuz Rayon Məhkəməsinin qərarı ilə Tovuz Rayon Polis Bölməsində istintaq
edilən Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə
təqsirləndirilməsinə dair cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməsi və
hazırda Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılması
nəzərə alınıb.

İttihama görə, hadisə 26 fevral 2023-ci il tarixdə, saat 18 radələrində Tovuz
rayonu Əyyublu kəndində qeydə alınıb.

Belə ki, Zaman Əliyev keçmiş qayınanası, zərərçəkmiş Sənəm Əkbərovanın (şərti)
yaşadığı evin həyətində keçmiş həyat yoldaşının mobil telefon nömrəsini
müəyyənləşdirmək məqsədilə həmin telefonu onun əlindən alıb. Bu zaman Sənəm
Əkbərova ona müdaxilə edərək telefonu geri götürüb. Sonra Zamanla Sənəm
arasında mübahisə yaranıb. Nəticədə o, qızının gözü qarşısında keçmiş
qayınanasının sifət nahiyəsinə yumruqla ardıcıl zərbələr vuraraq, qadının
burnunu sındırıb.

Hadisədən sonra Zaman Əliyev cinayət məsuliyyətinə cəlb edilib və barəsində
polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Source link