345b92e0-62db-4750-b2f6-8f664a80188e..jpg

Keçmiş sevgilisini döyməkdə ittiham olunan ulduz futbolçu Braziliya millisindən uzaqlaşdırıldı

Baxış sayı: 543 dəfə baxılıb.

Keçmiş sevgilisini döyməkdə ittiham olunan ulduz futbolçu Braziliya
millisindən uzaqlaşdırıldı

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Antoni Braziliya
millisinin heyətindən uzaqlaşdırılıb.

Bu barədə Braziliya Futbol Konfederasiyası məlumat yayıb. Bildirilib ki, buna
səbəb 23 yaşlı hücumçuya məhkəmə işinin açılmasıdır. Forvard keçmiş sevgilisinə
şiddət göstərməkdə ittiham edilir.

Antoninin əvəzinə yığmaya “Arsenal”ın hücumçusu Qabriel Jezus dəvət olunub.

Braziliya millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində sentyabrın
9-da Boliviyanı qəbul edəcək, 13-də Perunun qonağı olacaq.

Source link