Rusiyada müstəntiqlər keçmiş vəkil və araşdırılan cinayət işi çərçivəsində
istintaqla əməkdaşlıqdan imtina edən Elman Paşayevə qarşı xüsusilə külli
miqdarda dələduzluq maddəsi ilə ittiham irəli sürüblər.
Cixisyolu.com-ın TASS-a istinadən xəbərinə görə, bu barədə hüquq-mühafizə
orqanlarından məlumat verilib.
Məlumata görə, istintaq keçmiş vəkilin işi üzrə üç şahidi dindirib.
“Paşayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü
hissəsi ilə (xüsusən külli miqdarda dələduzluq) nəzərdə tutulan cinayəti
törətməkdə ittiham olunub. Həmçinin iş üzrə 3 şahid də dindirilib,
təqsirləndirilən şəxsə qarşı cinayət işi üzrə istintaq çərçivəsində sübutların
toplanması davam edir”, – deyə məlumatda bildirilib.
Elman Paşayevə şamil edilən maddənin sanksiyası 10 ilədək həbs və 1 milyon
rubla qədər (təxminən 18 min manat) cəriməni nəzərdə tutur.
Xatırladaq ki, Moskva qarnizonu hərbi məhkəməsi Elman Paşayevi noyabrın 15-dək
istintaq təcridxanasına göndərib. Sabiq vəkil bu qərara 2-ci Qərb Dairə Hərbi
Məhkəməsində etiraz edə bilməyib. Paşayev hərbi müstəntiqlər tərəfindən
saxlanılıb və46 milyon rubldan çox (825 min manatdan çox) məbləğdə dələduzluqda
ittiham olunub
Bu pul müqabilində o, Aleksey Blinovskiyə söz verib ki, vergidən yayınma halı
ilə bağlı onu və həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən
azad edəcək.