ABŞ prezidenti Donald Trampın keçmiş vəkili, Maykl Koen Trampı dələduzluqda və rasizmdə ittiham edib.
O, prezidentin təhdidlərindən qorunmaq üçün Konqress üzvləri qarşısında ifadə verəcəyini bəyan edib.
RİA Novosti-nin məlumatına görə, vəkil Nümayəndələr Palatasının qarşısında hesabat verərək deyib ki, indiyədək Tramp onu həm şəxsi, həm də işgüzar məsələlərdə yalan söyləməyə vadar edib. O,Trampın çirkli əməllərində iştirakına görə utandığını etiraf edib.
Vəkil, həmçinin, qeyd edib ki, prezident onu birinci xanım Melaniya Trampa da pornoulduz Stormi Denielslə aldatması ilə bağlı yalan söyləməyə məcbur edib:
“Təəssüf edirəm ki, birinci xanımı aldatmışam. Tramp dələduzdur. O, mənə aktrisaya susması üçün ödəniş etməyi tapşırdı”.
Dekabr ayında Koen prezidentin seçki kampaniyasının maliyyələşdirilməsində yol verdiyi pozuntulara görə 3 il müddətinə azadlıqdan məhrum edilib. O martın 6-dan etibarən cəzasını çəkməyə başlayacaq.