Keçmiş voleybolçu: “Hazırda Azərbaycan millisində mənim kimi oyunçu yoxdur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Faiq Qarayev çox ağıllı və təcrübəli mütəxəssisdir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında voleybol üzrə Azərbaycan millisinin sabiq
üzvü Yelena Şabovta Faiq Qarayevin yığmanın sükanı arxasına keçməsi ilə bağlı
danışarkən deyib.
Hazırda Fransada yaşayan keçmiş oyunçu 64 yaşlı mütəxəssisin təyinatının doğru
seçim olduğunu bildirib:
“O, yığmada istədiyi nəticənin arxasınca sona kimi gedər və onu qazanar.
Oyunçular arasında birlik yaratmağı bacarır. Məşqçi olmaq çox stresli və çətin
işdir. Ona uğurlar arzulayıram”.
O, gələcəkdə Azərbaycan millisində yeni istedadlı voleybolçuların olacağına
inandığını söyləyib:
“Hazırkı vəziyyətdə millidə çox dəyişiklik etmək mümkün deyil. Hələ də yığmada
yaxşı gənc oyunçular görmürəm. Ən önəmlisi isə Azərbaycanda Yelena Şabovta kimi
voleybolçu yoxdur”.
Millinin gələn il keçiriləcək Qızıl Avropa Liqasındakı şanslarına da toxunan
Y. Şabovta əlavə edib:
“Hədəf yarımfinala kimi irəliləməkdir. Finala vəsiqə qazansalar, bunu böyük
uğur saymaq olar”.
Qeyd edək ki, Yelana Şabovta Azərbaycanda “Neftçi” və “Azərreyl”
komandalarının formasını geyinib.