Ticarət mərkəzində çoxsaylı insanın ölümü ilə nəticələnən yanğının baş verdiyi Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev öz istəyi ilə postunu tərk edir.
ÇıxışYolu.Com RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Tuleyev bildirib:
“Bu qərar mənimçün doğru və yeganə çıxış yoludur. “Qış albalısı” ticarət mərkəzində 64 nəfərin ölümü ilə nəticələnən yanğından sonra bu ağır yüklə qubernator vəzifəsində işləmək olmaz”.
“Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev öz istəyi ilə vəzifəsindən istefa vermək haqqında ərizə ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib”, – deyə vilayət administrasiyasının mətbuat xidməti bildirib.