69357839-284a-466e-8bfa-1b1841449753..jpg

Kenan İmirzalıoğlu ilk dəfə xəyanət xəbərlərindən danışdı: Həyat yoldaşı Sinem Kobalı aldadıb? – FOTO

Baxış sayı: 477 dəfə baxılıb.

Kenan İmirzalıoğlu ilk dəfə xəyanət xəbərlərindən danışdı: Həyat yoldaşı Sinem
Kobalı aldadıb? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur türkiyəli aktyor Kenan İmirzalıoğlu sosial mediada gündəmə gələn həyat
yoldaşı Sinem Kobalı aldatdığı iddialarına dair ilk dəfə açıqlama verib.

Kenan İmirzalıoğlu-Sinem Kobal cütlüyü Nişantaşıda görüntülənib və aktyor
xəyanət xəbərlərinə aydınlıq gətirib.

“Bir dəli quyuya daş atır, biz o quyuya enməyəcəyik, dostlar! Naməlum bir şəxs
tərəfindən sosial şəbəkələrdə ortaya atılan yalana biz əhəmiyyət vermədik, siz
də vecinizə almamalısınız!” – deyə aktyor xəyanəti təkzib edib.

Qeyd edək ki, keçən həftələrdə sosial şəbəkə istifadəçilərindən biri Kenanın
Sinemi aldatdığını iddia edib.

“Selena aldadıldı”, – deyə o, Sinem Kobalın illər əvvəl rol aldığı “Selena”
serialındakı obrazına istinad edərək iddiasını dilə gətirib. Onun bu
paylaşımından sonra bütün diqqətlər məşhur cütlüyə yönəlib.

Mənbə: Haber Global

Source link