670aed83-569d-4ff7-9803-178fcd19e1df..jpg

Keniyada dini sektanın 50-yə yaxın üzvünün cəsədi tapılıb – VİDEO

Baxış sayı: 788 dəfə baxılıb.

Keniyada dini sektanın 50-yə yaxın üzvünün cəsədi tapılıb – VİDEO

Pastor Pol Makkenzi tərəfindən qurulan “Xoş Xəbər” Beynəlxalq Kilsəsi”
üzvlərinin ölümü ilə bağlı aparılan istintaq çərçivəsində Keniyanın şərqində
son üç gündə çıxarılan cəsədlərin sayı 47-yə çatıb.

Daha əvvəl 21 cəsədin tapılması barədə məlumat verilmişdi, aprelin 23-də isə
daha 26 cəsəd çıxarılıb.

Polis Malindi şəhəri yaxınlığında aparılan işləri davam etdirir. Qeyd olunur
ki, ərazidə 58 məzar aşkarlanıb, bəzilərində bir neçə nəfərin ola biləcəyi
ehtimal edilir. Qəbirlərin bəziləri artıq polis ekspertləri tərəfindən açılıb,
digərlərinə yaxın günlərdə baxış keçiriləcək.

Qeyd edək ki, aprelin 14-də polis meşədə tikilmiş evdə dörd nəfərin meyitinin
tapılması barədə məlumat yayıb. Onlar ora “dünyanın sonunun yaxınlaşmasını
gözləmək” üçün toplaşan bir qrup təriqət ardıcılı olub və aclıqdan ölüblər,
daha 11 nəfər isə ağır qida çatışmazlığı ilə xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Makkenzi bu təriqəti 20 il əvvəl yaradıb. Pastor, möminin əbədi
həyatı əldə etməsinin ən sürətli yolu kimi ifrat aclıq formalarında israr
etməsi ilə tanınır. 2017-ci ildən bəri Keniya məhkəmələri ona qarşı müxtəlif
ittihamlarla iddialar qaldırıb, lakin Makkenzi azadlıqda qalmağa davam edib.
Pastor aprelin 15-də hakimiyyətə təslim olub və hazırda istintaq altındadır.

Mənbə: TASS


Source link