Keniyada təyyarə qəzası: 10 nəfər öldü

Keniyada təyyarə qəzası: 10 nəfər öldü

Baxış sayı: 2. 184 dəfə baxılıb.

Keniyanın “Fly SAX” avia-şirkətinə məxsus təyyarə radarlardan itib. Bir müddət sonra təyyarənin qəzaya uğradığı məlum olub. 

ÇıxışYolu.Com Ria Novosti agentliyinə istinadla xəbər verir ki, hadisə zamanı səkkiz sərnişin və iki ekipaj üzvü həlak olub. 

Xilasedicilər təyyarənin qalıqlarını aşkar ediblər.

“Hadisə yerinə çatan xilasedicilər qəza zamanı sağ qalanın olmadığını bildiriblər”, – şirkətin məlumatında deyilir. 

Məlumatlara görə, Kitale şəhərindən Nayrobiyə uçan təyyarə Com Keniat aeroportundan havaya qalxıb. 

Qəzanın səbəbləri məlum deyil.

www.ÇıxışYolu.Com