ABŞ-ın keçmiş Ədliyyə Naziri, senatoru, prezidentliyə namizədi və bir dönəm prezident olmuş Con Kennedinin qardaşı Robert Kennediyə sui-qəsd edən Şirxan Şirxan həbsxanada bıçaqlanıb.
Bu barədə TMZ-yə Kaliforniyadakı həbsxanadan məlumat verilib.
Yarası ağır olan Şirxan həbsxanadan çıxarılaraq təcili xəstəxanaya yerləşdirilib.
Ona hücum edən şəxs də müəyyənləşdirilib və hazırda nəzarət altındadır.
Qeyd edək ki, 1944-cü ildə Qüdsdə doğulmuş Fələstin əsilli ərəb olan Şirxan 12 yaşından ABŞ-da yaşayıb.
O, 1968-ci ildə bir nümayiş zamanı Robert Kennediyə silahlı hücum edib, ovaxtkı prezidentliyə namizədi öldürmüşdü. Şirxana əvvəlcə edam cəzası verilsə də, sonradan bu cəza ömürlük həbslə əvəzlənmişdi.
51 ildir həbsdə olan şəxsin vəkilləri onun şərti təxliyyə olunması üçün bir neçə dəfə müraciət etsələr də, məhkəmə rədd cavabı verib.