Mayın 10-da Kenyanın Nakuru bölgəsində yerləşən “Patel” su anbarının bir hissəsi dağılıb.
ÇıxışYolu.Com BBC-yə istinadən xəbər verir ki, leysan yağışlara tab gətirməyən su anbarında dəliyin əmələ gəlməsindən sonra güclü sel ətrafdakı yaşayış evlərini dağıdıb.
Azı 41 nəfərin həlak olduğu, onlarla insanın xəstəxanaya yerləşdirildiyi bildirilir.
Zərərçəkənlərin sayı 3000 nəfərə yaxındır. 2000-dən çox insan evsiz qalıb.