847bef3f-463b-4d54-8876-7265d4dcca4b.jpg

Kerem Aktürkoğlu sabiq “Qalatasaray”lıların avrokuboklardakı göstəricilərini təkrarlayıb

Baxış sayı: 195 dəfə baxılıb.

Portuqaliyanın “Benfika” klubuna transfer olan Kerem Aktürkoğlu UEFA
Çempionlar Liqasında vurduğu qollarla Arda Turan və Ümit Karanın
göstəricilərini təkrarlayıb.

Cixisyolu.com xəbər verir ki, o, “Benfika” forması ilə UEFA Çempionlar Liqası
tarixində Ümit Karan (2001, “Qalatasaray”) və Arda Turandan (2013, “Atletiko
Madrid”) sonra bir komanda forması ilə iki oyunda qol vuran üçüncü türkiyəli
futbolçu adına yiyələnib.

Qeyd edək ki, Kerem Aktürkoğlu bu mövsüm “Qalatasaray” klubundan transfer
olunub.

Source link