Kermanda 4,3 bal gücündə zəlzələ olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İranın Kerman əyalətində 4,3 bal gücündə zəlzələ olub.
Bu barədə “Azad İran” “Telegram” kanalı Tehran Universitetinin Milli
Seysmoloji Mərkəzinin məlumatına istinadla xəbər verib.
Bildirilib ki, Şehdad şəhəri yaxınlığında Rixter cədvəli ilə 4,3 bal gücündə
zəlzələ baş verib. Ocaq 9 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması barədə
hələlik dəqiq bilgi yoxdur.