Kerobyan: “Türkiyə ilə quru sərhədinin açılması Ermənistan üçün təhlükə deyil,
fürsətdir”
“Türkiyə ilə quru sərhədinin açılması Ermənistan iqtisadiyyatı üçün təhlükə
deyil, fürsətdir”.
Bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan bildirib.
“İdxal baxımından Türkiyə ilə sərhəd uzun müddətdir açıqdır. Türkiyə
istehsalçılarının Ermənistanda məhsullarını satmaqda heç bir problemi yoxdur və
uzun müddətdir ki, bununla məşğuldurlar. Başqa bir məsələ də ondan ibarətdir
ki, erməni şirkətlərinin hələ də Türkiyə bazarlarına giriş imkanı yoxdur. Biz
əminik ki, sərhədin açılması təhdiddən daha çox fürsətdir”, – Kerobyan deyib.
O hesab edir ki, bu fürsətdən istifadə etmək üçün erməni şirkətləri öz
məhsuldarlığını və səmərəliliyini artırmalıdırlar.
Mənbə: Sputnik Ermənistan