“Keşlə” futbol klubunun qış toplanışı müddətində keçirəcəyi yoxlama oyunlarından üçündə rəqibləri müəyyənləşib.
ÇıxışYolu.Com xəbər verir ki, hazırlıq prosesinə Bakıda start veriləcək.
Komanda üzvləri yanvarın 12-də Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaq. İki həftə ərzində dörd matçın keçirilməsi nəzərdə tutulub.
“Keşlə” yanvarın 17-də Qazaxıstan “Okjetpes”i, yanvarın 13-də Rumıniya “Konkordiya”sı, yanvarın 25-də Rusiya “Çertanovo”su ilə qarşılaşacaq. Yanvarın 20-də nəzərdə tutulan oyundakı rəqib hələ məlum deyil.
Qeyd edək ki, “Keşlə” mövsümün ilk yarısını 12 xalla VII pillədə tamamlayıb.
Səbuhi MUSAYEV