“Keşlə” Futbol Klubunun baş məşqçisi Mladen Milinkoviç istefaya göndərilib.
ÇıxışYolu.Com xəbər verir ki, serbiyalı məşqçi ilə klub arasında olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, dünən “Səbail”ə 1:2 hesabı ilə uduzan “Keşlə” cari mövsüm cəmi bir qələbə qazanıb. Yalnız autsayder “Zirə”ni məğlub etməyi bacarmış komanda beş xalla VII sırada qərarlaşıb.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com