“Keşlə” serbiyalı baş məşqçi ilə müqavilə bağladı

Baxış sayı: 2. 349 dəfə baxılıb.

“Keşlə” serbiyalı baş məşqçi ilə müqavilə bağladı

“Keşlə”nin yeni baş məşqçisi müəyyənləşib. 

ÇıxışYolu.Com xəbər verir ki, serbiyalı mütəxəssis Mladen Milinkoviçlə mövsümün sonuna qədər müqavilə imzalanıb. 

Qeyd edək ki, 50 yaşlı məşqçi son olaraq “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Albaniyanın “Kukesi” klubunu çalışdırıb.

Xatırladaq ki, bundan əvvəl bu klubu ukraynalı Yuri Maksimov çalışdırırdı.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com