“Keşlə”yə yaşıl işıq

“Keşlə”yə yaşıl işıq

Baxış sayı: 2. 565 dəfə baxılıb.

AFFA-nın “Keşlə” klubuna istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciəti müsbət cavablandırılıb. 

ÇıxışYolu.Com xəbər verir ki, qərara əsasən, “Keşlə” 2018/19 mövsümündə UEFA lisenziyasını almaq hüququna malikdir. 

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların səkkizinci maddəsinə əsaslanmış müzakirələrdən sonra UEFA-nın klub yarışlarında iştirak etmək üçün “Keşlə”yə lisenziya verilməsini qərara alıb. 

UEFA müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də “Keşlə” PFK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb edib. Tələb olunmuş bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim olunub.

Bu isə o deməkdir ki, “Keşlə” klubu mayın 28-də “Qəbələ”yə qalib gəlsə, Avropa Liqasında ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, “İnter” klubu mövsümün gedişində adını “Keşlə” etdiyindən, bu klubun UEFA qaydalarına əsasən avrokuboklarda oynaması sual altına düşmüşdü. UEFA qaydalarına görə, yeni yaradılmış klub fəaliyyətindən üç il sonra avrokuboklarda iştirak edə bilər.

S.T.
www.ÇıxışYolu.Com