7f397773-d84c-4b25-8326-a6ff8046146d..jpg

Keti Perrinin keçmiş əri zorlamada ittiham olunur

Baxış sayı: 604 dəfə baxılıb.

Keti Perrinin keçmiş əri zorlamada ittiham olunur

Amerikalı müğənni Keti Perrinin keçmiş əri, britaniyalı aktyor və komediya
ustası Rassel Brend zorlama, cinsi təcavüz və emosional zorakılıqda ittiham
olunub.

Qeyd olunur ki, dörd qadın ittihamlarla çıxış edib, onlardan biri hadisə
zamanı 16 yaşında olub. Onların sözlərinə görə, zorakılıq epizodları
2006-2013-cü illər arasında baş verib. Xüsusilə də qadınlardan biri aktyorun
Los-Ancelesdəki evində ona təcavüz etdiyini iddia edir. Daha sonra həmin gün
ona zorlama ilə mübarizə üzrə böhran mərkəzində tibbi yardım göstəriblər.
Həmçinin bir neçə qadın da Brendi idarəolunmaz və təhqiramiz davranışda ittiham
edib.

Öz növbəsində aktyor ona qarşı irəli sürülən ittihamları rədd edib. O, bütün
münasibətlərinin ikitərəfli razılıq əsasında olduğunu iddia edir.

Mənbə: “The Times” qəzeti

Source link