e7351e9a-3b71-4901-813e-c67f8f643aa0..jpg

Kevin Maqnussen: “Bakı trekində baş verəcəkləri səbirsizliklə gözləyirəm”

Baxış sayı: 683 dəfə baxılıb.

Kevin Maqnussen: “Bakı trekində baş verəcəkləri səbirsizliklə gözləyirəm”

“Bakı trekində baş verəcəkləri səbirsizliklə gözləyirəm”.

Cixisyolu.com-ın məlumatına görə, bunu “Formula-1” üzrə dünya çempionatında çıxış
edən “Haas” komandasının pilotu Kevin Maqnussen Azərbaycan Qran-prisi ilə bağlı
danışarkən deyib.

31 yaşlı sürücü sprint yarışında edilən yeniliklərin azarkeşlərə daha
həyəcanlı təcrübə yaşadacağını söyləyib:

“Qran-prinin asan olacağını düşünmürəm və müəyyən mənada təzyiq də hiss
edirəm”.

“Mclaren”in pilotu Lando Norris isə Azərbaycana texniki yeniliklərlə
gəldiklərini vurğulayıb:

“Ümid edirəm ki, həftəsonunu yaxşı xallarla başa vuracağıq. Hazırkı format
sprint yarışı üçün daha yaxşıdır. Biz də maksimum nəticə əldə etməyə
çalışacağıq”.

Qeyd edək ki, bu gün “Formula-1”də sərbəst yürüş və sıralama turu
gerçəkləşəcək. Bakıda əsas yarış aprelin 30-da baş tutacaq.

Source link