Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan çempionu “Qarabağ” daha bir futbolçusu ilə müqavilə müddətini
uzadıb.
Sportinfo.az-ın məlumata görə, “köhlən atlar” Kevin Medina ilə yola davam
etmək istəyirlər.
Kolumbiyalı legioner qarşıdakı 3 ili (2+1) “köhlən atlar”ın düşərgəsində
keçirəcək. Cənubi amerikalı müdafiəçi 2020-ci ildən “Qarabağ” klubunun şərəfini
qoruyur.
Qeyd edək ki, “Qarabağ” klubu daha öncə Nəriman Axundzadə və Bəhlul
Mustafazadə ilə müqavilə müddətini uzatmışdı.