Daha üç nəfər Hollivud aktyoru Kevin Speysi təcavüzdə ittiham edib. Bununla Britaniya polisi aktyora qarşı altı iş üzrə araşdırmalar aparır.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı TMZ məlumat yayıb.
London polisinin məlumatına görə, apreldə bir kişi 1996-cı ildə aktyor tərəfindən təcavüzə məruz qaldığını açıqlamışdı.
Fevralda daha iki nəfər eyni ittihamla polisə müraciət edib. Onlardan biri hadisənin 2013-cü ildə Qlosterdə, ikincisi isə 2008-ci ildə Lambetedə baş verdiyini bildirib.
Bundan başqa, “Star Trek” serialının ulduzu Entoni Reppa 14 yaşında sərxoş Speys tərəfindən təcavüz uğradığını açıqlayıb.
Speys bu hadisəni xatırlamadığını bildirsə də, sonra Reppadan üzr istəyib.
Növbəti şikayət meksikalı aktyor Robert Kavazos tərəfindən edilib. O, analoji hadisə ilə qarşılaşdığını deyib.
Aktyor tərəfindən təcavüzə məruz qalması ilə bağlı onlarla insan polisə müraciət edib.