“Oskar” mükafatı laureatı olan dünya şöhrətli aktrisa Keyt Blanşet 100 qadının cinsi istismarda günahlandırdığı məşhur prodüser Harvey Veynşteynin qurbanları arasında olduğunu deyib.
ÇıxışYolu.Com xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
Sənətçi “Harvey sizi də cinsi istismar edib” sualını “Bəli” deyərək təsdiqləyib:
“Veynşteyn ilk öncə yırtıcı heyvan kimi müdafiəsiz olanları ovladı. Ounla bağlı həmişə içimdə pis hiss olub. Mənə tez-tez “Biz dost deyilik” deyirdi. Onun etməyimi istədiyi şeyləri etmədim. Ümid edirəm ki, həbs olunar.
Qeyd edək ki, Veynşteynlə ilk dəfə 1999-cu ildə “Talantlı cənab Raypli” filmində ortaq çalışan aktrisa onunla işləməkdən heç vaxt zövq almadığını da bildirib.