427fc9b3-a04c-4c29-9e88-cfc2c098c719..jpg

Keyt Middlton klipə çəkiləcək – FOTO

Baxış sayı: 629 dəfə baxılıb.

Keyt Middlton klipə çəkiləcək – FOTO

Kembric hersoqinyası Keyt Middlton britaniyalı DJ, müğənni və prodüser Caks
Consun klipində rol alacaq.

Musiqiçi Uels şahzadəsinin layihəsinə səfir təyin edildikdən sonra onunla
əməkdaşlıq barədə razılığa gəlməyə nail olub.

“Mən Keytin komandası ilə şoularım üçün xüsusi görüntü yaratmaq barədə
danışıqlar aparıram”, – deyə DJ jurnalistlərə açıqlamasında bildirib.

Caks Cons qeyd edib ki, onların görüləcək çox işləri var, baxmayaraq ki, Keyt
Middlton onun klipində epizodik rolda çəkiləcək.

“Siz sadəcə kameralı telefonu götürüb Keyti çəkə bilməzsiniz. Onun böyük
komandası var, ona görə də hər şeyi düzgün etmək lazımdır. İdeal olaraq, mən
həm Keyt, həm də Uilyamı çəkmək istərdim, amma bu yalnız Keyt olsa belə, yenə
də hər şey çox gözəldir”, – deyə musiqiçi əlavə edib.

Mənbə: Gazeta.ru

Source link