6d034b06-58b0-467f-87aa-d62770ae0c17..jpg

“Khalisi” “Əjdaha evi”nə baxmaqdan imtina edir – FOTO

Baxış sayı: 851 dəfə baxılıb.

“Khalisi” “Əjdaha evi”nə baxmaqdan imtina edir – FOTO

“Taxt-tac oyunları”nda Deneris Tarqarien (“Khalisi”) rolunu canlandıran
Emiliya Klark filmin prikveli olan “Əjdaha evi”nə baxmaqdan imtina edib.

Bu barədə aktrisanın özü etiraf edib.

Serialın ulduzu ona tanış olan, lakin tamamilə fərqli obrazların iştirak
etdiyi kino aləmində keçən hadisələrə baxmağa özünü məcbur edə bilmədiyini
deyib.

“Bilmirəm, buna görə məni bağışlaya biləcəksinizmi, amma seriala baxmamışam və
açığı, bunu da planlaşdırmıram. Hətta bu barədə düşünəndə qəribə oluram. Sanki
məzunların məktəb ildönümünə getmək qərarına gəlmisiniz və birdən başqa
məktəbdə oxuduğunuzu başa düşürsünüz”, – deyə Klark zarafatla mövqeyini şərh
edib.

Eyni zamanda, Klark Corc serialın tənqidçilər və pərəstişkarlar tərəfindən
yüksək qiymətləndirilməsindən çox sevindiyini də qeyd edib.

Mənbə: Variety

Source link