Kianu Rivz çəkiliş zamanı dizini sındırıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aktyor Kianu Rivz “Uğur” filminin çəkilişləri zamanı xalçada büdrəyib və
dizini sındırıb.
Bu barədə layihənin direktoru Əziz Ənsari məlumat verib.
“Çəkilişlərin təxminən 15-ci günü ona dedim ki, get qrim otağında 15 dəqiqə
dincəl. O, gedərkən yolda xalçanın üstündə büdrədi və “dizim!”, – deyə
qışqırdı”, – Ənsari bildirib.
İş zədəsinə baxmayaraq, Rivz çəkiliş meydançasında qalıb və film üzərində
işləməyə davam edib. O, bir neçə səhnədə rol alıb və hətta latın rəqsi oynamağa
hazırlaşıb, lakin rejissor sənətçini fikrindən daşındıra bilib.
Rejissorun sözlərinə görə, Kianunun bu cür fədakarlığı onu təəccübləndirməyib,
çünki aktyor filmlərində çox vaxt çətin səhnələri özü ifa edib. Məsələn,
“Matris” və “Sürət” filmlərində aktyor kaskadyorlar olmadan işləyib.
Mənbə: Gazeta.ru