Həyat yoldaşı Əli Küçükbalçık livanlı qadınla eşq yaşadığı və sərvətini Kiprin qumarxanalarda xərclədiyi üçün müsadirə ilə bağlı təlaş yaşayan məşhur türk müğənni Kibariyə evini dəyər-dəyməzinə satmaq məcburiyyətində qalıb.
ÇıxışYolu.Com xəbər verir ki, Kibariyə ərinin 10 milyon lirə məbləğində borcunu ödəmək məqsədilə 3 milyon lirəlik evini 1 milyon 390 min lirəyə satıb.
Ötən il özündən 19 yaş kiçik ərinin borcları üzündən çətin günlər yaşayan tanınmış müğənni fədakarlığı ilə yadda qalıb.
Ə.Küçükbalçık Kibariyəyə başqa qadınla xəyanət etsə də, müğənni həyat yoldaşını bağışlayıb.
Rəşad Əliyev