dfc2b75a-1e70-4d24-8721-c7228947d10c..jpg

Kibariye: “13 yaşında ovduxuma yuxu dərmanı qatdılar və…”

Baxış sayı: 572 dəfə baxılıb.

Kibariye: “13 yaşında ovduxuma yuxu dərmanı qatdılar və…”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli məşhur müğənni Kibariye 13 yaşında ikən başına gələn qorxunc
hadisədən danışıb. İfaçının sözlərinə görə, cinsi təcavüz məqsədiylə onun
ovduxuna yuxu dərmanı qatılıb, ancaq son anda xilas edilib.

Uşaq yaşından səhnəyə çıxarılan Kibariye ona təcavüz etmək istəyən şəxsin
Muğlada yeniyetmə oğlan olduğunu bildirib.

“O vaxt 13 yaşım var idi və yaxşı yerdə işləyirdin. Bir dəfə mənə sahib olmaq
üçün ovduxumun içinə yuxu dərmanı qatdı. Artıq köynəyimin düymələrini də
qoparıbmış, amma Zeyno bacı var idi, son anda o, məni xilas etdi.
Valideynlərimə məktub yazdım, gəlib məni apardılar. O uşaq isə qardaşı və
bibisi tərəfindən möhkəm döyüldü. Mənə aşiq olduğunu deyirdi, amma bu yaşda nə
sevgi?.. İşə ailəmi dolandırmaq üçün çıxırdım”, – deyə məşhur ifaçı bildirib.

Kibariyə atasından heç bir sevgi görmədiyini və çox şiddətə məruz qaldığını,
anası üçün isə əksinə canını verə biləcəyini, qardaşlarını da çox sevdiyini
deyib.

“Ölünün arxasında bu qədər danışmazlar, günaha girirəm, amma atam məni çox
döyürdü. Kəmərlə kürəyimdən vurardı. Buna görə aramızda bir yadlıq yaranmışdı.
Ömrümdə heç vaxt uşağımı vurmamışam, üstünə qışqırmamışam. Çünki çox əziyyət
çəkmişəm. Rahat və xoşbəxt deyildim”, – deyə Kibariyə hətyatının kədərli
dönəmlərindən danışarkən bildirib.

Məönbə: Haber Global

Source link