Kibariye konsertin bilet pullarını yığıb qaçdı

Kibariye konsertin bilet pullarını yığıb qaçdı

Baxış sayı: 2. 264 dəfə baxılıb.

Kibariye konsertin bilet pullarını yığıb qaçdı

Türkiyəli müğənni Kibariye həyat yoldaşı ilə konsert vermək üçün Almaniyaya yollanıb. Ancaq onun konserti baş tutmayıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “İkinci sayfa” proqramına konsertin təşkilatçısı danışıb.

“Kibariye və əri təyyarədən enəndən sonra “Bizi türk marketinə apar” dedilər. 200 avro istədilər, verdim. Marketdən sosiska, kolbasa, yeddi qutu çay və bir çox məhsul aldılar. Sonra konsertin keçiriləcəyi məkana getdik, əri Ali Küçükbalıkçı qapının ağzına adam qoydu ki, bilet pullarını yığsınlar. Pulları toplayandan sonra gəlib dedilər ki, az adam var, Kibariye səhnəyə çıxmayacaq. Biletin pullarını da alıb qaçdılar”, – deyə təşkilatçı söyləyib.

Kibariye isə “Instagram” hesabından açıqlama yayaraq istəklərinin yerinə yetirilmədiyi üçün konserti ləğv etdiyini deyib.

.
www.ÇıxışYolu.Com