f2419a35-6e15-48b9-8de0-8f5d3e8cb9a4.jpg

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən ƏMƏLİYYAT: 18 yaşlı gənc külli miqdarda pul MƏNİMSƏYİB

Baxış sayı: 288 dəfə baxılıb.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi
Farmaniya.com dələduzluq piramidasını ifşa edib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat
Xidmətindən məlumat verilib.

Bildirilib ki, son aylar ölkənin virtual məkanında, xüsusən sosial şəbəkələrdə
onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət
göstərən Farmaniya.com platformasında vətəndaşların pul vəsaitlərinin ələ
keçirildiyi barədə DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı
şikayətlər daxil olub.

“Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin qanunsuz əməllərin
qeydə alındığı tətbiqin idarəetmə panelinin admini, 2006-cı il təvəllüdlü
Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, sosial şəbəkələrdə özünü bloqer kimi təqdim
edərək Farmaniya.com saytının rəsmi investisiya layihəsi kimi reklamını aparıb
və müxtəlif şirnikləndirici vədlərlə istifadəçilərin etibarını qazanıb.
H.Quliyev zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə
qazanc əldə edəcəklərini bildirib və həqiqətə uyğun olmayan təkliflərlə
dələduzluq piramidası yaradıb.

Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və
nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə
nail olub.

H.Quliyev vətəndaşların pullarını ələ keçirmək üçün tanışı, 2004-cü il
təvəllüdlü Badamxanım Əhmədovanın adına açılmış elektron pul kisəsindən
istifadə edib. Bu fəaliyyətinin müqabilində həmin şəxs də dələduzluq yolu ilə
əldə olunan vəsaitlərdən maddi gəlir qazanıb. Tədbirlərin davamı olaraq
B.Əhmədova da Baş İdarə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb
edilib”, – deyə məlumatda qeyd olunub.

Qeyd edilib ki, aparılmış araşdırmalarla saxlanılan şəxslərin həyata
keçirdikləri dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartlarına 700
min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkarlanıb:

“Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələr ilə cinayət
işi başlanılıb. H.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib. Onunla bu hüquqazidd əməllərdə əlbir olan digər şəxslərin də müəyyən
edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
H.Quliyevin idarəçisi olduğu Farmaniya.com tətbiqi vasitəsilə zərərçəkən digər
vətəndaşlar polis orqanlarına müraciət edə bilərlər”.

DİN bir daha vətəndaşları onlayn platformalarda qarşılaşdıqları və heç bir
iqtisadi əsası olmayan piramida dələduzluq sxemlərini təşkil edən şəxslərə,
həmçinin yatırım adı altında şişirdilmiş qazanc vəd edən Farmaniya.com tipli
tətbiqlərə inanmamağa çağırıb.

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən ƏMƏLİYYAT:
18 yaşlı gənc külli miqdarda pul MƏNİMSƏYİB
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən ƏMƏLİYYAT: 18 yaşlı gənc külli
miqdarda pul MƏNİMSƏYİB

Source link