5b8b589e-f335-4ef9-bb16-ec406bb6c0a5..jpg

“Kiçik leytenant” hərbi rütbəsi veriləcək şəxslərlə bağlı YENİLİK

Baxış sayı: 516 dəfə baxılıb.

“Kiçik leytenant” hərbi rütbəsi veriləcək şəxslərlə bağlı YENİLİK
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilib.

President.az xəbər verir ki,
bununla bağlı Prezidentİlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişiklikdən əvvəl gizir və miçman vəzifələrində beş il və daha çox xidmət
etmiş, zabit vəzifəsinə təyin edilmiş orta ixtisas və ya natamam ali təhsilli
gizir və miçmanlara hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan
verdikdən sonra “kiçik leytenant” hərbi rütbəsi verilirdi.

Bundan sonra, tam orta təhsilli (yalnız müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi dövr ərzində) gizir və miçmanlara da hərbi hazırlıq keçdikdən və
müəyyən edilmiş qaydada imtahan verdikdən sonra “kiçik leytenant” hərbi rütbəsi
veriləcək.

Source link